\
19 Mart 2024 - Çərşənbə axşamı

Türkiyənin İğdır şəhərində İ Beynəlxalq Türk-Erməni əlaqələri simfoziumu keçirilib

Türkiyənin İğdır şəhərində İ Beynəlxalq Türk-Erməni əlaqələri simfoziumu keçirilib
1392baxış
Bu günlərdə Türkiyənin İğdır şəhərində Trk Tarix Qurumunun və İğdır Universitetinin təşkilatçılığı ilə İ Uluslarararsı 20 Yüzilin ilk yarısında Türk-Erməni ilişkiləri simfoziumu keçirilib.Dünyanın müxtəlif ölkələrindən – Türkiyədən,Ukraynadan. İrandan, Hindistandan və Azərbaycandan 100-ə qədər alimin və tədqiqatçının iştirak etdiyi bu böyük tədbirə dəvət olunmalarına baxmayaraq  Ermənistan nümayəndələrindən iştirak edən yox idi.
 
Tədbirin açılış mərasimində İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma,Türk Tarix Qurumunun təmsilçisi professor Hikmət Öksüz, Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir, İğdır valisi Ənvər Ünlü iştirak etmişlər.
 
Azərbaycandan bir qrup  alimin də qatıldığı  beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin professoru,tarix elmləri doktoru Nəsiman Yaqublu ermənilərin türk və müsəlman toplumuna qarşı törətdiyi cinayətləri Rusiyanın dövlət arxivlərində saxlanılan sənədlər əsasında toplantı iştirakçılarına təqdim etmişdir.