\
19 Mart 2024 - Çərşənbə axşamı

"Real Madrid"in rəsmi səhifəsi azərbaycanlı azarkeşlərin videosunu paylaşıb

"Real Madrid"in rəsmi səhifəsi azərbaycanlı azarkeşlərin videosunu paylaşıb
1387baxış

İspaniyanın "Real Madrid" klubunun rəsmi "Facebook" səhifəsi azərbaycanlı azarkeşlərin videosunu paylaşıb. 

"Report"un məlumatına görə, paylaşımda Azərbaycan dilində "Salam dostlar!" yazısı öz əksini tapıb. 

Fanatlar Çempionlar Liqası matçı üçün Türkiyənin İstanbul şəhərində olduqlarını bildiriblər. 

Qeyd edək ki, "Real Madrid" bu gün "Qalatasaray" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.