\
25 Aprel 2024 - Cümə axşamı

Qana prezidenti Azərbaycana səfərə gələcək

Qana prezidenti Azərbaycana səfərə gələcək
1393baxış

Qana Prezidenti Nana Akufo-Addo Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

Qana prezidenti oktyabrın 23-də "Rusiya-Afrika" sammitində və iqtisadi forumda iştirak etdikdən sonra Soçidən Bakıya gələcək.

Qana prezidentini səfər çərçivəsində xarici işlər naziri Şirli Ayorkor Botçvey və energetika naziri Peter Amevu müşayiət edir.

Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.