\
22 Noyabr 2019 - Cümə

Bələdiyyə seçkiləri ilə əlaqədar 5 020 287 ədəd bülleten çap olunacaq

Bələdiyyə seçkiləri ilə əlaqədar 5 020 287 ədəd bülleten çap olunacaq
79baxış

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiqlənib.

Eyni zamanda, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiq olunub və seçki bülletenlərinin sayı 5 020 287 müəyyənləşib.

Həmçinin seçkilərdə iştirak etmək üçün Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.