\
22 Noyabr 2019 - Cümə

Qvineyada qızıl mədənində uçqun baş verib, ölənlər var

Qvineyada qızıl mədənində uçqun baş verib, ölənlər var
188baxış

Qvineyanın Siquiri əyalətində yerləşən qızıl mədənində bu gün səhər saatlarında baş verən uçqun nəticəsində üçü uşaq olmaqla azı 10 nəfər ölüb.

Mediapress.az” AFP-yə istinadən xəbər verir ki, hadisə rəsmi olaraq fəaliyyətdə olmayan mədəndə baş verib ki, orada hər hansı fəaliyyətə icazə verilmir.

Qəza yerinə cəlb edilən xilasedicilər itkin düşənlərin axtarışını aparır.