\
22 Noyabr 2019 - Cümə

Azərbaycanlı rəssamın əsərləri Parisdə nümayiş olunur - FOTO

Azərbaycanlı rəssamın əsərləri Parisdə nümayiş olunur - FOTO
77baxış

Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri Parisin Rus Ortodoks Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgidə nümayiş olunur.

"Mediapress.az"ın Fransa bürosu xəbər verir ki, N.Nərimanbəyovanın iki əsəri Rus Ortodoks Mədəniyyət Mərkəzində təşkil edilmiş "Stella Art İnternational" Assosiasiyasının 12 rəssamının əl işlərindən ibarət "Görüş ruhu" adlı sərgidə yer alıb. Nümayiş olunan "Fantaziya"və "Şəhzadə" əsərlərini rəssam Azərbaycan nağılları əsasında yaradıb.

Rəssamın "Fantaziya" əsəri tələbkar münsiflər heyəti tərəfindən seçilərək Parisdə "Grand Pale" (Böyük Saray - red) də "Fransız Rəssamları Cəmiyyəti" Salonunda da nümayiş etdirilib.

Rəssamın əsərlərinin Parisin Rus Ortodoks Mədəniyyət Mərkəzində nümayişi ilk dəfədir. Sərgi noyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, Nigar Nərimanbəyova məşhur rəssam Toğrul Nərimanbəyovun qardaşı, rəssam Vidadi Nərimanbəyovun qızıdır.