\
30 May 2020 - Şənbə

"Alibaba" yenidən səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır

"Alibaba" yenidən səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır
1137baxış

Çinin elektron ticarət nəhəngi - "Alibaba Group Holding" yenidən səhmlərinin ilkin kütləvi tədavülünə (IPO) hazırlaşır. 

"Mediapress.az" xarici mətbuata istinadən xəbər verir ki, yerləşdirmə bu ayın son həftəsində, Honkonq birjasında baş tutacaq. 

Hərraca 15 miilyard ABŞ dolları dəyərində qiymətli kağız çıxarılacaq. 

"Alibaba" məsələ ilə açıqlama verməyib. Xatırladaq ki, şirkət IPO-nu bu ilin avqust ayına planlaşdırırdı. Lakin ölkədəki siyasi qarışıqlar buna imkan verməyib.