\
20 Aprel 2024 - Şənbə

Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) mütəxəssislərinin iştirakı ilə seminar – kurslar təşkil olunub - Dövlət Dəniz Agentliyində - FOTOLAR

Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA)  mütəxəssislərinin iştirakı ilə seminar – kurslar təşkil olunub - Dövlət Dəniz Agentliyində - FOTOLAR
1427baxış

Dövlət Dəniz Agentliyinin təşkilatçılığı ilə Agentliyin inzibati binasında “Avropa Dəniz Təhlükəsizliyi Agentliyi”nin (EMSA) mütəxəssisləri tərəfindən “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”yə əsasən təşkil olunan seminar – kursların açılışı olub.

Mediapress.az xəbər verir ki, təlimçilər və iştirakçıların təqdimatından sonra kurs materialları diqqətə çatdırıldı. “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”nin əsasları və inkişafı, məqsədlər, “Dənizdə İnsan Həyatının Mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS) təsdiq prosedurları və məcburi tətbiqi, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin idarəetmə sistemlərinin özünü monitorinqi və tənzimlənməsi, “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə” ilə qarşılıqlı əlaqə, kapitanların məsuliyyət və səlahiyyətləri, resurslar və personal, gəmi əməliyyatları, fövqəladə hallara hazırlıq, uyğunsuzluqların, qəza hadisələri və bədbəxt hadisələrin araşdılrılması və hesabat, gəmi və onun avadanlıqlarının texniki xidməti, sənədləşdirmə, sertifikatlaşdırma və yoxlama kimi tələblər seminar – kursların ilk günkü mövzusu olub.

Seminar – kursların davam edəcəyi növbəti günlərdə Avropa komissiyasının qətnamələri, direktivləri, Beynəlxalq Dəniz Təşkilatının qətnamələri, “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq işlərin yerinə yetirilməsi üçün cəlb edilən tərəflərin ümumi tapşırıqlıarı və məsuliyyətləri, gəmi əməliyyatlarına dair biliklər, şirkət və gəmilərin yoxlanılması və sertifikatlaşdırılması istiqamətində təlimlər keçiləcək.

12 – 15 noyabr tarixlərində baş tutacaq kurslar ingilis dilində keçiriləcək və sonda müvəffəqiyyətlə imtahan verən iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək