\
25 Aprel 2024 - Cümə axşamı

Ağahüseyn Şükürov AMEA-nın mətbuat və informasiya şöbəsinə müdir təyin edildi

Ağahüseyn Şükürov AMEA-nın mətbuat və informasiya şöbəsinə müdir təyin edildi
1265baxış
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub.
Mediapress.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən vəzifə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova həvalə edilib.
 
A.Şükürov bu gün akademiyanın Əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.