\
18 Aprel 2024 - Cümə axşamı

"Xalqbank" şəhid ailəsinin mənzilini özünə qaytardı

"Xalqbank" şəhid ailəsinin mənzilini özünə qaytardı
1713baxış
Mingəçevir şəhər sakini Cəfərova Nərminənin atası Şaban Cəfərov 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Anası iki balasını sinəsini sıxaraq, yarıqarnı ac, yarıqarnı tox onları böyüdüb. Ailə 1994-cü ildə Prezident Heydər Əliyevin göstərişinə əsasən, mənzillə təmin olunub. 
 
Şəhid ailəsi 2014-cü ilin avqust ayında Mingəçevir şəhərindəki mənzili “Xalqbank”a girov qoymaq məcburiyyətində qalıb və 14802 manat kredit götürüb. Bir ildən sonra dolların kursu qəflətən qalxdığından şəhidin qızı Cəfərova Nərminə bir çoxları kimi kreditini ödəyə bilməyib. Beləcə, mənzil hərraca çıxarılma həddinə kimi gəlib çatıb və bu ayın sonuna kimi Cəfərovlar ailəsinə vaxt qoyulub ki, evdən çıxsınlar.
 
Çıxılmaz vəziyyətdə qalan ailə sonda ölkə rəhbəri İlham Əliyevdən yardım istəməyə məcbur olub. 
... Məlumatla bağlı dərhal yazı hazırlanaraq dərc edildi və məsələyə reaksiya verildi. Beləcə, aldığımız məlumata görə, artıq "Xalqbank" Cəfərovlar ailəsinin mənzilini özlərinə qaytarıb. 
Şəhid ailəsinin sevincinə vəsilə olduğumuz üçün fəxr edirik! 
 
Hazırladı: Günel Ayxan