\
16 Aprel 2024 - Çərşənbə axşamı

Texniki Universitetin yeni mətbuat katibi

Texniki Universitetin yeni mətbuat katibi
1571baxış

Jurnalist Sevinc İsgəndərova Azərbaycan Texniki Universitetinə mətbuat katibi vəzifəsinə təyin olunub.

Bu barədə Modern.az-a S.İsgəndərova özü məlumat verib:

“Bu gündən fəaliyyətimi Azərbaycan Texniki Universitetinin mətbuat katibi olaraq davam etdirirəm. Ümid edirəm ki, həmkarlarımla qarşılıqlı anlaşma şəraitində çalışacağıq”.

S.İsgəndərova göstərilən etimada görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib:

"Etimadi doğrultmağa çalışacağam".

Qeyd edək ki, S.İsgəndərova bu təyinatadək "Space" televiziyasında çalışıb, "Siqnal" ve "Abituriyent" verilişlərinin aparıcısı olub, "Azərtac" İnformasiya Agentliyində, Beynelxalq Avrasiya Mətbuat Fondunda, "Primetime.az" və "Day az"da fəaliyyət göstərib.

Mediapress.az