\
23 Aprel 2024 - Çərşənbə axşamı

Nazir: "Minimum penisyanın artırılmasına dair işlər görüləcək"

Nazir: "Minimum penisyanın artırılmasına dair işlər görüləcək"
1452baxış

"Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraqAzərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir: “Məsələn, Qarabağ müharibəsi əlilliyi olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əliliyi olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təaqüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.