\
20 Aprel 2024 - Şənbə

“Arximed 19” - “Axına qarşı” - FOTOLAR

“Arximed 19” - “Axına qarşı” - FOTOLAR
1631baxış

Mediapress.az xəbər verir ki, noyabrın 13-də Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Arximed 19” layihəsi çərçivəsində şəxsi inkişaf seminarı keçirilib.
“Axına qarşı” mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər-Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər.

Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim edilib.