\
12 Dekabr 2019 - Cümə axşamı

“ASAN xidmət”ə 34 milyonuncu müraciət

“ASAN xidmət”ə 34 milyonuncu müraciət
554baxış

Mediapress.az xəbər verir ki, “ASAN xidmət”ə 34 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu müraciət 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə Günay Əliyeva tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi xidmətindən yararlanıb.

34 milyonuncu müraciətin sahibi kimi Günay Əliyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi