\
19 Aprel 2024 - Cümə

Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü (VİDEO) - VİDEO

Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü (VİDEO) - VİDEO
1670baxış
Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
 
Açılışdan əvvəl dövlət başçısı "28 May” stansiyası ətrafında sakinlərlə görüşüb. Prezident sakinlərlə görüşüb və onların problemlərini dinləyib. 
 
İlham Əliyev sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb.
 
Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib.