\
29 Mart 2024 - Cümə

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
1413baxış
Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürülüb. 
 
Bu barədə məlumatı oğlu Təbriz Gülalıyev yayıb. Onun sözlərinə görə, həkimlər O. Güləliyevin köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər.
 
Xatırladaq ki, Oqtay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.