\
12 Dekabr 2019 - Cümə axşamı

Dənizçilərimiz Beynəlxalq Dəniz Təşkilatının Assambleyasında iştirak edəcək

Dənizçilərimiz Beynəlxalq Dəniz Təşkilatının Assambleyasında iştirak edəcək
595baxış

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının 31 – ci sessiyasında iştirak edəcək.

25 noyabr – 04 dekabr tarixlərində keçiriləcək sessiyada Assambleyanın prezidenti və vitse – prezidentləri seçiləcək, Assambleyanın prosedur qaydalarına təklif edilmiş dəyişikliklər nəzərdən keçiriləcək.

Mediapress.az xəbər verir ki, assambleyanın 30 – cu sessiyasından sonrakı dövr ərzində təşkilatin işi ilə bağlı Şuranın hesabatı ilə yanaşı komitələrin də hesabatları müzakirə olunacaq.

Assambleyanın 31 – ci sessiyasında Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Audit Sxemi, komitələrin hesabat və tövsiyələri nəzərdən keçiriləcək. “Dənizin çirkləndirilməsinin qarşısının alıması haqqında 1972-ci il tarixli Konvensiya” və “1996 – cı il tarixli Protokol”la bağlı hesabat, Beynəlxalq dəniz təlim institutları: Dünya Dəniz Universiteti və Beynəlxalq Dəniz Hüququ İnstitutu haqqında hesabatlar dinləniləcək. Sessiyada həmçinin BMT və onun ixtisaslaşmış agentlikləri ilə, hökümətlərarası təşkilatlarla, qeyri – hökümət təşkilatları ilə əlaqələr müzakirə olunacaq. 2018 və 2019 – cu illər üçün dünya dənizçilik günləri haqqında hesabat dinləniləcək.

Assambleya zamanı xarici auditorların təyinatı, Baş Katibin təyinatının təsdiqi, Assambleyanın 32 – ci sessiyasının tarixi və yeri də təsdiq ediləcək.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirəcək.