\
28 Mart 2024 - Cümə axşamı

Bakıda 28 yaşlı oğlan dəm qazından ölüb

Bakıda 28 yaşlı oğlan dəm qazından ölüb
1407baxış

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə ğlüm hadisəsi qeydə alınıb.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nurlan Dadaşov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (bakupost)