\
29 Mart 2024 - Cümə

Moldovanın Azərbaycandakı səfiri geri çağırılıb

Moldovanın Azərbaycandakı səfiri geri çağırılıb
1481baxış

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib.

"Report" Moldova KİV-inə istinadən xəbər verir ki, səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var.

Belə ki, Movdova hökumətinin qərarı əsasında Respublikanın Azərbaycandakı səfiri Georgi Leuka Kişineuya qayıdacaq. 

Moldovanın Azərbaycandakı səfirliyindən bu xəbəri təsdiqləyiblər.

Eyni zamanda Moldovanın Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese də geri çağırılıb. 

Moldova mətbuatında qeyd olunub ki, G.Leuka və D.Sokolan dövlət katiblərinin funksiyalarını yerinə yetirmək üçün Kişineuya qayıdır. Onların namizədlikləri hökumət iclasında təsdiqlənib.