\
26 Aprel 2024 - Cümə

Mədət Quliyev generala vəzifə verdi

Mədət Quliyev generala vəzifə verdi
1478baxış
Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.
 
Mediapress.az unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.
 
Xəbəri Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.
 
Qeyd edək ki, bu ilin oktyabr ayında ehtiyata buraxılan general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.