\
29 Mart 2024 - Cümə

Şəxsiyyət vəsiqəsində qadının burnunu qəsdən böyütdülər - Qalmaqal - FOTO

Şəxsiyyət vəsiqəsində qadının burnunu qəsdən böyütdülər - Qalmaqal - FOTO
1459baxış
Yəhudi jurnalistin sosial şəbəkə postu dünya mediasında gündəm olub.
 
Mediapress.az Milli.Az-a istinadla xəbər verir ki, Annika Hernroth-Rothstein adlı yəhudi jurnalist isveç polisini antisemitizmdə ittiham edib.
 
Jurnalist şəxsi Tvitter hesabında post yazaraq onun yəhudi olduğuna görə şəxsiyyət vəsiqəsi üçün çəkilən fotonun isveç polisi tərəfindən qəsdən eybəcər hala saldığını iddia edib.
 
Qadın polislərin qəsdən fotoda onun burnunu yekəltdiyini qeyd edib. Annika Hernroth-Rothstein daha sonra sürücülük vəsiqəsinin şəklini paylaşıb və əslində necə göründüyünü bildirib.
 
Onun tviti birmənalı qarşılanmayıb. Yəhudilər onu dəstəkləsələr də, başqa din mənsubları qadının haqsız olduğunu qeyd ediblər.