\
19 Aprel 2024 - Cümə

Vaqif Abdullayevin“Azərbaycanın mehriban siması” kitabının təqdimatı keçirilib - FOTOLAR

Vaqif Abdullayevin“Azərbaycanın mehriban siması” kitabının təqdimatı keçirilib - FOTOLAR
1707baxış

Dekabrn 7-də Azərbaycanda Atatürk Mərkəzində tanınmış ziyalı , ictimai xadim, siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin növbəti-“Azərbaycanın mehriban siması” kitabının təqdimatı keçirilib.

Mediapress.az xəbər verir ki, mərkəzin rəhbəri, kitabın redaktoru, akademik Nizami Cəfərov kitabın Azərtbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxsaylı və zəngin fəaliyyətinə həsr olunduğunu bildirib. Natiq, müəllifin sayca səkkizinci kitabında dərc edilmiş, beş fəsildən ibarət, 414 səhifəlik, yüksək poliqrafik tərtibatla təqdim olunmuş bu möhytəşəm əsərində Mehriban Əliyevanın cəmiyyətdə elmi-mədəni, humanitar, ictimai-siyasi mövqeyini sosioloji və pataloji rakuşdan təhlil etdiyini söyləyib. Nəşrdə Birinci-xanımın görkəmli qadın lider kimi praqmatik liderlik keyfiyyətlərinə geniş şəkildə nəzər salındığını, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfələrin siyasi formada təhlil edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən ümummilli lider Heydər Əliyevin silahdaşı, siyasi xadim Aydın Heydərov, yazıçı-publisit Yunus Oğuz, tanınmış jurnalistlər-“Yeni Azərbaycan “ qəzetinin redaktoru Alqış Musayev, Asif Mərzili, tanınmış şairlər- Xeyrəddin Qoca, Zərəngiz Qayalı, yazıçı-publisist, tərcüməçi İmir Məmmədli, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, filologiya elmləri doktoru Səkinə Bayramova, mərkəzin şöbə müdiri, şair Əkbər Qoşalı, siyasi xadim Musa Musayev və başqaları kitabda ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasına öz dərin töhfələrini verən ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın ictimai, sosial və siyasi həyatımızda oynadığı mühüm rolununun, gördüyü misilsiz işlərinin, ölkəmizin dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi yolunda fəaliyyətinin maraqlı məqamlarının elmi-analitik şəkildə təhlil edildiyini söyləyiblər.

Mərasimdə Qafqaz Media İctimai Birliyinin sədri, həkim-şair, publisist Azadə Taleh Hüseynova rəhbərlik etdiyi qurum adından “Elm və təhsil sahəsində göstərdiyi uğurlara görə istedadlı qələm sahibi” Fəxri diplomunu müəllifə təqdim edib.

Sonda Vaqif Abdullayev kitabda müasir siyasət dünyasının görkəmli qadın liderləri sırasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın artıq öz layiqli yerini tutduğunu dünyaya bəyan etmək istədiyini söyləyib. Bildirib ki, əsərin bir neçə dillərə tərcümə olunması nəzərdə tutulub və yaxın günlərdə Tbilisidə kitabın gürcü dilində nəşrinin təqdimatı olacaq.