\
26 Aprel 2024 - Cümə

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat
1390baxış
Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklik olub.
 
Mediapress.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Aydın Bağırov Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
 
Xəbəri Xaçmaz rayon polis şöbəsindən təsdiqləyiblər.
 
Qeyd edək ki, bir neçə ay öncə nazirin əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli işdən çıxarılaraq, sərəncama göndərilmişdi.