\
27 Aprel 2024 - Şənbə

Yaponiyanın Osaka Prefektura Universitetinin magistrantı BDU-da təcrübə keçir

Yaponiyanın Osaka Prefektura Universitetinin magistrantı BDU-da təcrübə keçir
1394baxış

Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano Bakı Dövlət Universiteitində (BDU) təcrübə keçir.

Mediapress.az xəbər verir ki, Ryota Kitano 30 noyabr-25 dekabr 2019-cu il tarixlərində Universitetin Fizika Problemləri ETİ-də yeni materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaq. Təcrübə müddətində zona quruluşunun hesablanması istiqamətində olan işlər həm BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşları, həm də AMEA Fizika İnstitutunun əməkdaşları ilə birgə yerinə yetiriləcək.