\
8 Avqust 2020 - Şənbə

Sülh Komitəsinin sədri Trampı "hövsələsiz qoca" adlandırdı

Sülh Komitəsinin sədri Trampı "hövsələsiz qoca" adlandırdı
1129baxış
Şimali Koreya Asiya-Sakit Okean bölgəsindəki Sülh Komitəsinin sədri Kim Yon Çul ABŞ Prezidenti Donald Trampı "hövsələsini itirmiş qoca" adlandırıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə dekabrın 9-da Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat verib.
 
Beləliklə, siyasətçi Amerika liderinin KXDR-in ABŞ-la düşmən kimi davranacağı təqdirdə "hər şeyini itirmək riski” ilə bağlı fikirlərinə reaksiya verib.
 
Kim Yon Çul qeyd edib ki, Amerika lideri KXDR, eləcə də, onun itirəcək heç nəyinin olmadığı haqda çox az şey bilir. O, həmçinin Kim Çen İnin müharibəyə başlamaq məsələsində də çox ağıllı olduğunu vurğulayıb.
 
"Bəli, ABŞ bizi çox şeydən məhrum edə biər, ancaq onlar bizi güclü ləyaqət hissi, güc və ABŞ-a qarşı qəzəbdən məhrum edə bilməzlər", - Şimali Koreya siyasətçisi əlavə edib.