\
26 Aprel 2024 - Cümə

Vaşinqtonda Mayk Pompeo ilə Sergey Lavrovun görüşü başlayıb

Vaşinqtonda Mayk Pompeo ilə Sergey Lavrovun görüşü başlayıb
1362baxış

Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş qapalı keçirilir və görüşdən sonra onların media nümayəndələrinin qarşısına çıxacağı bildirilir.

Sergey Lavrovu ABŞ prezidenti Donald Trampın da qəbul edəcəyi gözlənilir.