\
19 Aprel 2024 - Cümə

Ağdamda fərdi yaşayış evində partlayış olub, xəsarət alan var

Ağdamda fərdi yaşayış evində partlayış olub, xəsarət alan var
1401baxış

Fövqəladə Hallar Nazirliyi Ağdamda evdə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m²olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır