\
19 Aprel 2024 - Cümə

İsrail parlamenti özünü buraxmağa hazırlaşır

İsrail parlamenti özünü buraxmağa hazırlaşır
1457baxış

B.Samid. İsraildə ard-arda keçirilən iki seçkinin nəticə verməməsi və hökumətlərin təşkil edilməməsindən sonra Knesset özünü buraxmaq və növbəti seçki turana başlamaq istəyir.

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, cari həftənin çərşənbə günü İsraildə əsas iki rəqib siyasi partiyaya, hökumətlərin təşkili ilə bağlı verilmiş möhlət bitir.

Məlumata görə son möhlətin bitməsilə Knesset özünü buraxacaq və növbəti seçki turuna getməyi elan edəcək.

Bu isə o deməkdir ki, İsraildə hökumət təşkil etmək üçün Knesset bir ilə üçüncü dəfə olaraq seçkilər keçirməyə məcbur qalacaq.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi Likud partiyası və Beni Qantsın başçılıq etdiyi "Mavi Bəyaz" partiyalarının heç biri hökumət təşkil edə bilməyiblər.