\
25 Aprel 2024 - Cümə axşamı

Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb
1333baxış

 Prezident İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Mediapress.az-ın məlumatına görə, sərəncamla Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.