\
19 Aprel 2024 - Cümə

Nazir Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edib

Nazir Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edib
1493baxış

Gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarnı qəbul edib. 

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Mediapress.az"a verdiyi məlumata görə, qəbulda 10-dan çox vətəndaş iştirak edib.

Müraciətlər sırasında “Gənclər evi”nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin oluna, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi yer alıb. Onların bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.