\
18 Aprel 2024 - Cümə axşamı

“Qarabağ atları”nı vəsf edən eynək brendinin sahibəsi - Turan Kərimbəyli - FOTOLAR

“Qarabağ atları”nı vəsf edən eynək brendinin sahibəsi - Turan Kərimbəyli - FOTOLAR
1060baxış

Turan Kərimbəyli...

Bu gözəl və zərif xanımın şəxsi atelyesi var. 2009-cu ildə bəzək əşyaları üzrə zərgər xəttini yaradıb. 2018-ci ildə “Qarabağ atları”nı vəsf edən eynək brendini yaradıb. Hər bir eynək əl işidir. Materiallar sümükdən hazırlanır. Və xüsusilə edək ki, bu, Azərbaycanda bir ilkdir!

Turan xanımın ən böyük arzusu həm “Qarabağ atları”nı dünyada tanıtmaq, həm də öz brendi üzrə tanınmaqdır.                  

Turan 1994-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin “Teatr dekorasiyası”, 1999-cu ildə isə Rəssamlıq Akademiyasının “Kitab tərtibi və illustrasiya” fakültəsini bitirib. 2000-ci ildə Tiflis şəhərində Dillər İnstitutu, 2005-ci ildə İstanbul moda akademiyasında geyim üzrə təhsil alıb. 1996-ci ildə ölkədə keçirilən moda festivalının iştirakçısı və mükafatşısı olub. 1999-2002-ci ilin geyim nominasiyalarına qatılıb və diplomlara layiq görülüb. 2007-ci ildə Frida Kahloya həsr olunan moda layihəsinin rəhbəri olub.

Mediapress.az