\
20 Aprel 2024 - Şənbə

Qardaşının toyuna görə "Rent a Car"dan maşın götürdü, piyadanı vurub öldürdü - FOTO - Zaqatalada Eksklüziv

Qardaşının toyuna görə "Rent a Car"dan maşın götürdü, piyadanı vurub öldürdü - FOTO - Zaqatalada Eksklüziv
2499baxış

Dünən - 3 yanvar tarixində Zaqatalada bədbəxt hadisə baş verib.

Etibarlı mənbədən Mediapress.az-a daxil olan məlumata görə, axşam saatlarında "Asma körpü" adlanan ərazidə avtomobil piyadanı vurub. Belə ki, yüksək sürətlə idarə olunan "Rent a Car"a məxsus göy rəngdə "Chevrolet Camaro" markalı maşın yolu keçmək istəyən orta yaşlı qadını vuraraq, 15m kənara atıb. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Əlavə edək ki, sürücü maşını 3 gün əvvəl "Rent a Car"dan qardaşının toyuna görə götürüb. 

Könül Aypara