\
19 Aprel 2024 - Cümə

Sabahdan deputatlığa namizədlərin təşviqatı başlayır

Sabahdan deputatlığa namizədlərin təşviqatı başlayır
1625baxış

Sabah, yanvarın 17-də Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.