\
26 Aprel 2024 - Cümə

Ramiz Mehdiyevdən yeni təyinatlar

Ramiz Mehdiyevdən yeni təyinatlar
1556baxış
AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni vəzifə təyinatları olub.
 
Akademiyadan KİV-ə verilən məlumata görə, bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncamlar imzalayıb.
 
Sərəncamlara əsasən, Elyar Kərimov YT Parkın investisiya, kommersiya və istehsalat, Məmməd Bağır-zadə ümumi və strateji inkişaf üzrə baş direktor müavinləri, Jalə Cabarova isə Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri vəzifələrinə təyin ediliblər.