\
28 Mart 2024 - Cümə axşamı

Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən şəxs həbs olunub

Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən şəxs həbs olunub
1730baxış

Yanvarın 14-də Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən Giorgi İçukaidze həbs olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.

Təqsirləndirilən şəxs məhkəmənin qərarından narazı olduğunu bildirib.

İş üzrə ilkin məhkəmə dinləməsi martın 4-nə təyin olunub.

Qeyd edək ki, bu gün G.İçukaidzeyə rəsmi ittiham irəli sürülüb. O, odlu silah və sursatın qanunsuz əldə olunması, saxlanılması və girov götürülməsində ittiham olunur.