\
27 Aprel 2024 - Şənbə

“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək
1670baxış

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək.

Mediapress.az xəbər verir ki, filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir.

Əlavə olaraq, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.