\
25 Aprel 2024 - Cümə axşamı

"ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq - 20 Yanvar günü

"ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq - 20 Yanvar günü
1637baxış
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
 
Bu barədə Mediapress.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
 
 
2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 20 Yanvar – Ümumxalq Hüzn günü iş günü hesab edilmir.