\
26 Aprel 2024 - Cümə

British Council və Böyük Britaniya Səfirliyi Bərdə şəhərində Resurs və Təlim Mərkəzimizi açır - FOTOLAR

British Council və Böyük Britaniya Səfirliyi Bərdə şəhərində Resurs və Təlim Mərkəzimizi açır - FOTOLAR
1080baxış

RESURS VƏ TƏLİM MƏRKƏZİ BƏRDƏDƏ 4 SAYLI ORTA MƏKTƏBDƏ AÇILACAQ VE HAZIRDA AZƏRBAYCANDA MÖVCUD OLAN 17 MƏRKƏZDƏN İBARƏT ŞƏBƏKƏMİZİ DAHA DA GENİŞLƏNDİRƏCƏK.

Bu il Abşeron, Zaqatala, Tərtər ve Beyləqan rayonlarında yerləşən məcburi köçkün məktəblərində bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara ve özünütəlim materiallarına sahib yeni təlim mərkəzləri açılmışdır. Proqram British Council tərəfindən Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır ve həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ve Böyük Britaniya Səfirliyi bu proqramın həyata keçirilməsində bizi dəstəkləyəcək.

Resurs və Təlim Mərkəzləri: Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. “Resurs və Təlim Mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanacaq.

Bu il fəaliyyətə başlayacaq dördüncü Resurs və Təlim Mərkəzinin açılışı 23 Yanvar 2020-ci il tarixində Bərdədə yerləşən 4 saylı orta məktəbdə baş tutacaq. Açılış mərasimi saat 11.00-da başlayacaq. Tədbirdə Böyük Britaniyanın Bakıdakı səfiri, cənab Ceyms Şarpla, yanaşı Azərbaycan Respublikasi Təhsil Nazirliyi, British Council ve Böyük Britaniya Səfirliyindən səhmdarlar və əməkdaşlar da iştirak edəcəklər.