\
24 Aprel 2024 - Çərşənbə

“Boeing” 737 MAX-da yeni problemlərin olduğunu təsdiqləyib

“Boeing” 737 MAX-da yeni problemlərin olduğunu təsdiqləyib
1683baxış

“Boeing” şirkəti “737 MAX” təyyarələrinin proqram təminatında yeni problemlərin olduğunu təsdiq edib.

Mediapress.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin ötən istirahət günlərində sistemin sınaqlarında "737 MAX" modelinin iki bort kompüterinin bir-biri ilə əlaqəni qura bilməməsi fonunda yayılan məlumatlara dair yaydığı bəyanatda bildirilir.

"Biz lazımi yeniləmələr keçiririk və Mülki Aviasiya Federal İdarəsi (ABŞ) ilə bu dəyişikliklərin rəsmiləşdirilməsi üzərində işləyirik, biz həmçinin müştərilərimizi və təchizatçıları məlumatlandırırıq", - şirkətin yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, şirkətin səhmləri dərhal 1,9% səhm üçün 325,72 dollara qədər enib.