\
26 Aprel 2024 - Cümə

Bakıda 65 yaşlı kişini avtomobil vurub

Bakıda 65 yaşlı kişini avtomobil vurub
1060baxış

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində 65 yaşlı Hidayət Orucov yolu keçmək istəyərkən "Lexus" markalı avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb. Ona iki ayağın və sağ biləyin sınığı diaqnozları qoyulub.