\
25 Aprel 2024 - Cümə axşamı

Türkiyə prezidenti Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək

Türkiyə prezidenti Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək
1680baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək.

Mediapress.az” İHA-ya istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

“Türkiyə Liviyadakı münaqişənin siyasi həlli üçün edilən cəhdləri dəstəkləyir”, - administrasiyadan bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də konfransda iştirak edəcəyini açıqlayıb.  

Xatırladaq ki, Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir. Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər.

Hazırda Liviya ərazisinin bir hissəsinə mərkəzi Benqazidə yerləşən marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu, bir hissəsinə isə BMT-nin dəstəklədiyi Tripoli mərkəzli Razılıq Höküməti nəzarət edir.