\
25 Aprel 2024 - Cümə axşamı

Dünyanın ən böyük səs avadanlığı istehsalçısı 9 minə yaxın işçisini ixtisar edəcək

Dünyanın ən böyük səs avadanlığı istehsalçısı 9 minə yaxın işçisini ixtisar edəcək
1602baxış

ABŞ-ın səs avadanlığı istehsalçısı “Bose” şirkəti mağazalarının təxminən yarısını bağlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkət Şimali Amerika, Avropa, Avstraliya və Yaponiyada fəaliyyət göstərən 119 mağazasını bağlayacaq.

Məlumata görə, şirkət bu qərarı qəbul etməsinə əsas səbəb kimi istehlakçıların müasir dövrdə e-ticarət platformalarına yönəlməsi və əsasən müştərilərin bu tətbiqlər üzərindən məhsulları satın alınmasını göstəriblər.

Qeyd edək ki, “Bose” şirkəti mağazalarını bağlamaqla yanaşı 9 minə yaxın işçisini də ixtisar edəcək.

Xatırladaq ki, “Bose” şirkəti 1964-cü ildə Massaçusets Texnologiya İnstitutunun elektrik mühəndisi professoru Dr. Amar Bose tərəfindən yaradılıb. Hazırda şirkətin dünyanın müxtəlif yerlərində 250-yə yaxın mağazası fəaliyyət göstərir.