\
19 Aprel 2024 - Cümə

BMT baş katibi Liviyada vətəndaş müharibəsinin qarşısını almağa çağırıb

BMT baş katibi Liviyada vətəndaş müharibəsinin qarşısını almağa çağırıb
1602baxış

BMT baş katibi Antoniu Quttereş Liviya münaqişəsinin nizama salınması üzrə Berlin konfransında çıxışı zamanı bildirib ki, Liviyada tammiqyaslı vətəndaş müharibəsinin qarşısının alınması üzrə təcili tədbirlər görməyin vaxtı gəlib.

Bu barədə “Mediapress.az” TASS-a istinadən xəbər verir.

Baş katib bütün regionda eskalasiya riskini təsdiqləyib. O, bildirib ki, "təcili və qətiyyətli tədbirlər" görülməlidir.

"Biz kim ki münaqişəyə açıq-aydın və ya qismən cəlb edilibsə, onların hamısına hərbi əməliyyatların effektiv dayandırılmasını dəstəkləmək və silahları susmağa məcbur etmək üçün çağırışımızı təkrarlayırıq", - deyə o bildirib.

Quterreş vurğulayıb ki, Təhlükəsizlik Şurası tərəfindən silah tədürükünə embarqonun arasıkəsilməz pozuntularına son qoyulmalıdır. O, Liviyada tərəfləri siyasi, hərbi və iqtisadi məsələlər üzrə “şərəfli dialoq aparmağa" çağırıb.

"Öz tərəfimdən söz verirəm ki, BMT ona yönəlmiş bütün səyləri tamamilə dəstəkləyəcək ki, bu sözlər "Yer kürəsində konkret irəliləyişə səpilsin”, - deyə baş katib çıxışını yekunlaşdırıb.