\
29 Mart 2024 - Cümə

“WhatsApp”ın işində nasazlıq yaranıb

“WhatsApp”ın işində nasazlıq yaranıb
1562baxış

Bir sıra ölkələrdə “WhatsApp” istifadəçiləri messencerin işində yaranan problemlərdən şikayət edirlər.

Bu barədə “Mediapress.az” “Downdetector” saytına istinadən xəbər verir.

Qeyd edilir ki, nasazlıqlar Bakı vaxtı ilə saat 13:40-dan müşahidə olunmağa başlayıb. Problemlər Almaniya, Fransa, İspaniya, İtaliya, İsveçrə, Avstriya, Finlandiya, Türkiyə, BƏƏ, Hindistan, Çin, Sinqapur və Rusiyada müşahidə olunub.

İstifadəçilər ən çox serverə qoşulma (93%), veb-sayta giriş (3%) və digər texniki problemlərdən şikayət ediblər.