\
28 Mart 2024 - Cümə axşamı

Abşeronda 20 Yanvar faciəsinin 30 cu ildönümü qeyd olunub

Abşeronda 20 Yanvar faciəsinin 30 cu ildönümü qeyd olunub
1520baxış

Abşeron rayonunda 20 Yanvar faciəsinin 30 cu ildönümü qeyd olunub.

Mediapress.az”ın Sumqayıt-Abşeron bürosunun məlumatına görə, əvvəlcə faciə qurbanlarının xatirəsi Xırdalan şəhərində dərin hüznlə yad edilib.

Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan Abidə Kompleksinin qarşısında keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, yerli sakinlər iştirak ediblər. 

Mərasim rayon ictimaiyyətinin nümayəndələrinin "Şəhidlər" abidə kompleksi önünə tər çiçəklər düzməsi ilə yekunlaşıb.