\
28 Mart 2024 - Cümə axşamı

Almaniyalı futbolçu: "Keşlə"yə qol buraxmadan qalib gəlmək istəyirdik"

Almaniyalı futbolçu: "Keşlə"yə qol buraxmadan qalib gəlmək istəyirdik"
1548baxış

"Keşlə" ilə oyunda mütləq qələbə qazanmaq istəyirdik. Çünki III Bundesliqanın növbəti turunda qarşılaşacağımız "Maqdeburq"la oyuna yüksək əhval-ruhiyyədə getmək lazım gəlirdi. Bu səbəbdən Azərbaycan klubu ilə matçda qələbə və nəticə vacib idi".

"Mediapress.az"ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu fikirləri "Çikau" klubunun futbolçusu Roni Köniq "Keşlə" ilə Antalyada keçirdikləri yoxlama görüşündən sonra deyib.

36 yaşlı almaniyalı futbolçu komandasının "Keşlə"yə qol buraxmadan qalib gəlməsini istədiyini bildirib: "Biz "Keşlə"yə qol buraxmadan qalib gəlmək istəyirdik. Lakin təəssüf ki, alınmadı. Bununla belə, 4 qol vurduq. Bir hücumçu kimi bizi hər zaman qol vurmaq qane edir. Ümumiyyətlə bu matçda komanda olaraq yaxşı çıxış etdik".

Qeyd edək ki, Antalyada keçirdiyi yoxlama görüşündə "Keşlə"yə 4:1 hesabı ilə qalib gələn "Çikau" klubu Almaniyanın III Bundesliqasının 21-ci turu çərçivəsində səfərdə "Maqdeburq"un qonağı olacaq. Bu görüş yanvarın 25-də keçiriləcək.