\
29 Mart 2024 - Cümə

Siqarət çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Siqarət çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb
1508baxış

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. 

"Mediapress.az"ın AFFA-nın rəsmi saytıa istinadən verdiyi məlumata görə, yığmanın iki futbolçusu - Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqları üçün (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.