\
25 Fevral 2020 - Çərşənbə axşamı

Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
1277baxış

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü Beyləqan rayonunda da dərin hüznlə qeyd edilib.

"Mediapress.az"ın Mil-Muğan bürosunun məlumatına görə, yüzlərlə rayon sakini şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edib.

Belə ki, Beyləqan şəhərinin 20 Yanvar küçəsindəki “Şəhidlər” abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.

Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.