\
18 Fevral 2020 - Çərşənbə axşamı

Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb
1260baxış

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az”ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. 

1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə sürüsü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.