\
18 Fevral 2020 - Çərşənbə axşamı

Tovuzda 20 Yanvar faciəsinin qurbanları anılıb

Tovuzda 20 Yanvar faciəsinin qurbanları anılıb
1271baxış

Tovuzda 20 Yanvar faciəsinin qurbanları anılıb.

"Mdiapress.az"ın Qərb Mərkəzinin məlumatına görə, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Tovuz şəhərindəki Şəhidlər Xiyabanında, Qovlar şəhərində, Əlimərdanlı, Əyyublu, Düz Qırıqlı, Əlibəyli, Hacıalılı, Ağdam və Aşağı Quşçu kəndlərində anım mərasimi keçirilib.

Tədbirlərdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri,sakinlər iştirak ediblər.

Sakinlər Tovuz Şəhidlər Xiyabanında, 20 Yanvar şəhidlərinin kəndlərdəki rəmzi abidələri və Vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə komplekslərini, şəhid məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə, xatirə abidələri qarşısına gül dəstələri, əklillər qoyulub. Ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Məktəblilər xatirə abidələri qarşısında şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndiriblər.